Suraxanıda şəhidin xatirəsinə salınan parkın açılışı oldu - Fotolar

suraxanida-sehidin-xatiresine-salinan-parkin-acilisi-oldu
Oxunma sayı: 1840

Suraxanı rayonu Zığ qəsəbəsində şəhid polkovnik-leytenant Rəşad Quliyevin xatirəsinə salınmış parkın və abidə kompleksinin açılış mərasimi olub.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, millət vəkili Sevinc Fətəliyeva və digər rəsmi şəxslər iştirak ediblər.

Şəhid Rəşad Quliyevin döyüş yolundan, onun göstərdiyi qəhrəmanlıqlardan söhbət açılıraq ruhu ehtiramla yad edilmiş, abidəsi önünə gül dəstələri düzülüb.
Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən RİH başçısı Əziz Əzizov dövlətimizin Şəhid ailələrinə tükənməyən qayğısından bəhs edərək Rəşad Quliyevi boya-başa çatdıran Mətanət xanıma belə gərəkli övlad yetişdirdiyi üçün təşəkkür edib: “Rəşad kimi igid oğullarımızın sayəsində Azərbaycan ordusunu şanlı qələbələrə imza atıb. Şəhidlərimiz xalqımızın qəlbində əbədi yaşayacaq, onların xatirəsi daim əziz tutulacaq.

2016-cı il aprel döyüşlərinin də iştirakçısı olan Rəşad Quliyev Vətən müharibəsində də torpaqlarımızın azadlığı uğrunda döyüşüb. O, ötən il oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. 

Qeyd edək ki, Rəşad Quliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.