Suraxanıda silsilə tədbirlər keçirildi - Fotolar

suraxanida-silsile-tedbirler-kecirildi
Oxunma sayı: 1587

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, RİHBA-nın şöbə müdirləri şəhidimiz Hüseynzadə Fərid Eldəniz oğlunun doğum günü münasibətilə Bülbülə qəsəbəsində məzarını ziyarət edərək gül dəstələri düzüb, ruhuna dualar oxunub.

“Qafqazinfo” xəbər verir ki, onlar həmçinin, şəhidin ailəsinə baş çəkiblər. 

Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, düşünülmüş rəhbərliyi, ordumuzun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Fərid Hüseynzadənin ailəsinə bir daha dərin hüznlə başsağlığı verib, onlara səbr, dözüm arzu edib: “Bu gün şəhidlərimizin ruhu şaddır. Məhz belə vətənpərvər gənclərimizin canı-qanı bahasına bu gün Qarabağımız azaddır”.
Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir M.Mehdiyev adına 280 saylı tam orta məktəbdə təşkil olunub. 
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hüuq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. 

İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, dünyada və bölgəmizdə gedən müxtəlif proseslərə baxmayaraq, bu gün Prezident cənab İlham Əliyevin uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Həmçinin, Azərbaycanın narkomaniya ilə mübarizədə fəal və ardıcıl mövqe tutduğunu diqqətə çatdıran RİH başçısı bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar əldə olunduğunu da vurğulayıb. Bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını bildirərək gənclərə mədəni-asudə vaxtlarının səmərəli və düzgün təşkil etmələrini tövsiyə edib.

Suraxanı rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş “Açıq qapı” günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavinləri və şöbə müdirləri Suraxanı rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

İlk öncə Mərkəzin rəssamı Aynur Novruzovanın və Mərkəzdə fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş kitab sərgisi nümayiş olunub.