Suraxanı rayonunda narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirlər davam etdirilir. “Qafqazinfo” xəbər verir ki, növbəti dəfə C.Rəhimov adına 146 saylı və M.Bayramov adına 196 saylı tam orta məktəblərdə belə tədbirlər təşkil olunub.
Maarifləndirici tədbirlərdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə narkomaniya əleyhinə videoçarx nümayiş olunub, eləcə də şagirdlərin təqdimatında narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən bədi hissə nümayiş olunub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək narkomaniyanın, zərərli vərdişlərin yeniyetmə və gənclərə vurduğu yaraların fəsadlarının çox ağır, sağalmaz olduğunu, nəticədə bu vəziyyətdən bütün cəmiyyətin əziyyət çəkdiyini, gələcəyimiz üçün təhlükələr yaratdığını qeyd edib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Əmircan qəsəbəsinin sakinləri ilə keçirib. A.Muradov adına 84 №-li tam orta məktəbdə 180 nəfərdən çox sakinlə keçirilən səyyar görüşdə Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Daha sonra sakinlərin səsləndirdikləri problemlər dinlənilib, qaldırılan məsələlər müzakirə olunub və araşdırılması üçün aidiyyəti üzrə RİH başçısı tərəfindən müvafiq göstərişlər verilib.






Son xəbərlər
Son Xəbərlər