Suraxanıda tiryəkxana aşkarlandı

Suraxanıda tiryəkxana aşkarlandı
Oxunma sayı: 276

Sentyabrın 27-si saat 06:00 radələrində Yevlax rayon sakini Rafail Bəkirov Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində yaşayan Azər Niftalıyevin həyətinə hasardan keçmə yolu ilə daxil olaraq iki ədəd velosiped oğurlayıb, daha sonra bıçaqla ev sahibinə hədə-qorxu gələrək pul və qızıl-zinət əşyaları tələb edən zaman Binəqədi RPİ PPXB-nin əməkdaşları tərəfindən tutulub.

Bakı Şəhər BPİ Narkotiklərlə Mübarizə İdarəsi və Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Emil Hacıyevdən 7,61 qram, idarə etdiyi «VAZ 2107» markalı avtomobildən isə 94,76 qram marixuana aşkar edilərək götürülüb.

İyulun 5-də Sabunçu qəsəbəsi Q.Vəzirov küçəsində Cəlal Niftəliyevə bıçaq xəsarəti yetirən Bakı şəhər sakini Miraşniçenko Vasiliy Qriqoryeviç sentyabrın 27-də Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikdləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Samir Aydınovdan 0,315 qram heroin aşkar olunaraq götürülüb. Müəyyən edilib ki, o, sentyabrın 8-də N.Nərimanov küçəsində yerləşən, Vüsal Əliyevə məxsus mağazadan açıq qapıdan keçmə yolu ilə kassada olan 336 manatı, sentyabırn 23-nə keçən gecə Ç.Mustafayev küçəsində yerləşən, Ramil Abdullayevə məxsus mağazadan qıfılı sındırma yolu ilə siqaretlər və 400 manat, elə həmin gecə A.Şaiq küçəsində yerləşən, Elçin Rəhimova məxsus mağazadan açar seçmə yolu ilə oğurluğa cəhd edib.

Suraxanı RPİ Narkotiklərlə Mübarizə Bölməsi və PPXB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Suraxanı qəsəbəsi 5-ci mədən küçəsində yaşayan Mehdi Rəhimovun evində tiryəkxana aşkar olunub. Orada olan Vaqif Maksimovdan 0,138 qram, Rövşən Əlişanovdan 0,224 qram, Vüsal Ağayevdən 0,215 qram, İkram Ağayevdən isə 0,206 qram heroin götürülüb.

Sentyabrın 23-ü saat 13 radələrində Y.Günəşli qəsəbəsində yerləşən mağazada Gülcahan Mehbalıyevaya məxsus, içərisində 102 manat, mobil telefon və açarlar olan çantanı oğurlayan, Bakı şəhər sakini Zemfira İsmayılova sentyabrın 27-də Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən tutulub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi