Suraxanı rayonunda 1 İyun – Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə musiqili-əyləncəli tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid və qazi övladları və digər qonaqlar iştirak edib.
RİH başçısı Əziz Əzizov və qonaqlar rayonun uşaq bağçası-körpələr evlərinin hazırladıqları əl işləri ilə tanış olub və uşaqların təqdimatlarını dinləyib.
Daha sonra dövlət himninin səsləndirilməsi ilə başlanan konsert proqramında rəngarəng çıxışlar nümayiş olunub.
Qeyd edilib ki, Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülür. Bildirilib ki, Ümummilli liderimiz, Ulu Öndər Heydər Əliyev uşaqlara hər zaman diqqət və qayğı göstərib, onların sağlam və milli ruhda böyüməsi üçün əlindən gələni əsirgəməyib.
Eyni zamanda, ölkə cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən böyüməkdə olan nəslə, körpə və kimsəsiz uşaqlara göstərilən yüksək qayğı və onların bu sahədəki yorulmaz fəaliyyəti xüsusi vurğulanıb.








Son xəbərlər
Son Xəbərlər