Suraxanı Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon ərazisində məskunlaşan Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir zamanı Ulu Öndər Heydər Əliyevin, bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının, eləcə də qardaş Türkiyədə baş verən zəlzələ zamanı həyatını itirmiş şəxslərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Əziz Əzizov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır və bir çox dövlətlər tərəfindən Xocalıda baş verənlər soyqırım kimi tanıyır.
Daha sonra Xocalıdan olan şəhid ailələrinin üzvləri çıxış edərək dövlətin onlara göstərdiyi diqqət və qayğıdan məmnunluqlarını bildiriblər.
Sonda Xocalıdan olan 26 şəhid ailəsinə ərzaq sovqatları verilib.


Son xəbərlər
Son Xəbərlər