Aprelin 27-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində Akademik, Əməkdar elm xadimi, görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, rayonun səhiyyə, təhsil və mədəniyyət müəsissələrinin nümayəndələri iştirak ediblər.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb və dölət himni səsləndirilib, eləcə də Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, akademik, görkəmli oftalmoloq alim Zərifə Əliyevanı xalqımız sonsuz hörmət və məhəbbətlə xatırlayır. O, qeyd edib ki, bugünkü tədbirimiz də Zərifə xanımın əziz xatirəsinə böyük ehtiramın ifadəsidir.
Həmçinin, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Tibb Mərkəzinin direktoru Aybəniz Saniyevaya çıxış edərək bildiriblər ki, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı, sədaqətli dostu və etibarlı silahdaşı olmuş Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir.
Tədbirin bədii hissəsində musiqi məktəbinin “Dan Ulduzu” ansamblı tərəfindən Gülarə Əliyevanın repertuarından müxtəlif əsərlər ifa olunub.
Son xəbərlər
Son Xəbərlər