Sürət həddi dəyişib - Sürücülərin diqqətinə

suret-heddi-deyisib
Oxunma sayı: 3611

Heydər Əliyev prospektində Şəfa stadionunun qarşısında yerləşən sürət portalında Koroğlu metrosu istiqamətində köməkçi yolun birinci hərəkət zolağında sürət həddi 80-km/saatdan 60 km/saata endirilib.

“Qafqazinfo” Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir ki, irəlidə əsas yoldan köməkçi yola keçid olduğu üçün hərəkətin sağa yönləndirilməsi haqqında məlumatverici nişan əlavə edilib.

Mərkəzdən bildirilib ki, bu addım hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.