Sürət həddi endirildi

suret-heddi-endirildi
Oxunma sayı: 735

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı, eləcə də Zığ dairəsi-Hava limanı avto magistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Bakı Nəqliyyat Agentliyi sürücülərdən yollarda müəyyən edilmiş sürət həddinə əməl etmələrini tövsiyə edir.