Sürət həddi endirildi

suret-heddi-endirildi
Oxunma sayı: 908

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 

“Qafqazinfo” xəbər verir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. 

BNA hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edir: “Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik”.