Sürət həddini aşması ölümünə səbəb oldu

suret-heddini-asmasi-olumune-sebeb-oldu
Oxunma sayı: 4099

Ağsuda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo"nun məlumatına görə, hadisə Çaparlı kəndində qeydə alınıb. Belə ki, İsmayıllı rayon sakini Şirinov Qərib Fərman oğlu idarə etdiyi "VAZ-21015" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək onu aşırıb.

O, aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib. Hadisə şahidlərinin sözlərinə görə, hadisəyə səbəb sürət həddini aşması olub.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli