Suriya ABŞ-dan təzminat tələb edir

suriya-abs-dan-tezminat-teleb-edir
Oxunma sayı: 1045

Suriya Vaşinqtonun siyasəti nəticəsində baş vermiş dağıntılara və itkilərə görə ABŞ-dan təzminat tələb edir.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Suriya ABŞ-ı Suriya xalqına qarşı apardığı cinayətkar siyasətinin nəticələrindən məsul tutur və ABŞ-ın təcavüzü və işğalı nəticəsində yaranan dağntılar və əvəzsiz itkilər üçün təzminat tələb edir”, - Suriya XİN-in məlumatında deyilir.

Qeyd edək ki, ABŞ Suriyanın iri neft və qaz yataqlarının yerləşdiyi şimalına və şimal-şərqinə nəzarət edir.