Suriya bombalandı - 10 ölü

suriya-bombalandi
Oxunma sayı: 716

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus qiricilar Suriyanı bombalayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hava zərbələri Deyr-əz-Zor əyalətinin Əl-Məyadin şəhərinə endirilib.

Hadisə nəticəsində beşi uşaq olmaqla on nəfər həlak olub.  

Bundan əlavə koalisiya qüvvələri Deyr-əz-Zor əyalətinin cənub hissəsində yerləşən Diban və Əl-Tayyani yaşayış məntəqələrinə də bir neçə raket-bomba zərbələri endirib.