Suriya naziri Ərdoğana xəbərdarlıq etdi

suriya-naziri-erdogana-xeberdarliq-etdi
Oxunma sayı: 653

“Qafqazinfo”nun Türkiyə saytına istinadən verdiyi məlumata görə, suriyalı nazir ölkəsində baş verən hadisələrin bu ölkənin daxili işi olduğunu və heç kimin ona nə etmək lazım olduğunu deməyə ixtiyarı olmadığını bildirib. Mualim Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı sözlərinə diqqət etməyə çağırıb.
Qeyd edək ki, Türkiyə islahatlar keçirmək üçün Suriyaya bir həftə vaxt verdiyini bəyan etmişdi.

Səidə