Suriya ordusu Hələb şəhərinə gedən yola nəzarəti yenidən ələ keçirib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Ria Novosti”yə orduya yaxın mənbələrdən bildirilib.
“Suriya ordusu Asriya – Hanaser yolunu müxalifət qüvvələrindən alıb. Buna baxmayaraq yol hələ ki, bağlıdır. Hanaserin şimalında döyüşlər davam edir”, - xəbərdə qeyd olunur.
Mənbənin sözlərinə görə, İraq-Şam İslam Dövləti (İŞİD) yolu artıq bombalayıb: “Mütəxəssislər yolun minalardan təmizlənməsi üçün hərəkətə keçiblər”.
Son xəbərlər
Son Xəbərlər