Suriya ordusu İŞİD-in əl-Baba gedən yolunu kəsib

suriya-ordusu-isid-in-el-baba-geden-yolunu-kesib
Oxunma sayı: 1018

Suriya ordusu İŞİD terrorçularının Hələb əyalətindəki son dayağı olan əl-Baba gedən təchizat yolunu tutaraq sürətlə irəliləyib.

Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə təşkilatı bildirib.

Məlumata görə, ordu, cənub şərq istiqamətində 9 km aralı yerləşən Təl Uvayşiyə təpəsini ələ keçirib.

Bura, qonşu əyalətdəki İŞİD nəzarətində olan Rakka şəhəri ilə əl-Babı birləşdirən əsas yola baxır.

Əl-Bab, artıq demək olar ki, Türkiyədən dəstək alan suriyalı qiyamçılar tərəfindən şimal, şərq və qərbdən mühasirəyə alınıb.

Bundan əlavə Suriya İnsan Haqları Müşahidə təşkilatı İŞİD tərəfindən həftəsonu ərzində yenidən işğal olunan Bizaa kəndinin ətrafında türk qoşunları və qiyamçı döyüşçülər cihadçılarlarla qızğın döyüşlərdə iştirak etdiyini bildirib.

ABŞ-dan dəstək alan kürd və ərəb döyüşçüləri isə Rakkanı ələ keçirmək üçün mübarizənin yeni mərhələsinə başlayıblar.