ABŞ prezidenti Barak Obama Suriya ilə bağlı Putinlə yarış keçirmədiyini bildirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Obama qeyd edib ki, Rusiyanın müdaxiləsindən sonra Suriyada müharibə bitməyəcək.
ABŞ prezidentinin fikrincə, müharibənin bu və ya digər hallarda bitəcəyi ilə bağlı düşüncə yanlışdır, çünki Rusiya və Əsəd rejimi müəyyən ilkin uğurlar əldə edə biliblər. Obama hesab edir ki, Rusiyada Suriyada bataqlığa düşə bilər:
“Putin düşünə bilər ki, Suriyada işğal üçün daimi sərmayə qoya biləcək, lakin bu çox baha başa gələcək. Əgər Rusiyanın iqtisadi durumuna baxsaq, aydındır ki, bu, Rusiya üçün yaxşı ideya deyil”.
Obama, həmçinin, bildirib ki, Rusiyanın Suriyada hərbi-hava qüvvələrinin iştirakı Suriya rejiminin zəifliyini sübut edir.
Son xəbərlər
Son Xəbərlər