“Suriya rejiminin nəzarətində olan 200 hədəf məhv edilib” - Hulusi Akar

suriya-rejiminin-nezaretinde-olan-200-hedef-mehv-edilib
Oxunma sayı: 2951

Türkiyə Müdafiə naziri Hulusi Akar Suriya rejiminin həyata keçirdiyi hava hücumlarına cavab olaraq rejimin nəzarətində olan 200 hədəfə ağır zərbələr endirildiyini açıqlayıb.

“Qafqazinfo” “Milliyət”ə istinadən xəbər verir ki, zərbələr əsasən havadan pilotsuz uçuş aparatları və qurudan artilleriya vasitəsi ilə həyata keçirilib.

“Qoşunlarımızın yerləşdiyi yerlər əvvəllər Rusiya Federasiyasının bölgədəki rəsmiləri ilə razılaşdırılsa da, bu hücum həyata keçirildi. Təəssüf ki, birinci zərbədən sonra bir daha xəbərdarlıq edilməsinə baxmayaraq, hücumlar davam edib. Hücumlar zamanı, hətta təcili yardım maşınları da vurulub.

Xain hücumdan dərhal sonra 200-dən çox rejim hədəfinə təyyarələrimiz, pilotsuz uçuş aparatlarımız və artilleriya tərəfindən ağır zərbələr endirildi. Bu atışlar nəticəsində 5 helikopter, 23 tank, 10 zirehli maşın, 23 müxtəlif növ top, 5 döyüş sursatlı yük maşını, SA-17, SA-22 hava hücumundan müdafiə sistemləri, 3 silah-sursat anbarı, 2 material anbarı, qərargah binası və 309 rejim hərbi birləşmələri zərərsizləşdirilib. Zərbələrimiz və fəaliyyətimiz planlı şəkildə davam edir”.

Xatırladaq ki, Suriyada rejim qüvvələrinin İdlib bölgəsinə hava hücümları nəticəsində 33 türk əsgəri şəhid olub, 33-ü isə xəsarət alıb.

Orxan Məmməd