Suriya Ukraynadakı qondarma respublikaları tanıdı

suriya-ukraynadaki-qondarma-respublikalari-tanidi
Oxunma sayı: 2845

Suriya Ukraynadakı qondarma respublikalar - “LXR” və “DXR”in müstəqilliyini tanıyıb.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, bubarədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bu, bütün sahələrdə dostluq münasibətləri qurmaq üçün ümumi iradənin və istəyin təcəssümüdür. Suriya Ərəb Respublikası "LXR" və "DXR"in müstəqilliyini və suverenliyini tanımaq qərarına gəlib. Suriya tərəfi razılaşmalar, əməkdaşlığı gücləndirmək və diplomatik əlaqələr qurmaq barədə hər iki respublika ilə əlaqə saxlayacaq”, - deyə XİN-in məlumatında bildirilib.

Suriyanın xarici işlər naziri Feysəl əl-Mikdad vurğulayıb ki, Rusiyanın psevdo-respublikaların müstəqilliyini tanıması “sülhün, beynəlxalq hüququn, BMT Nizamnaməsinin və sağlam beynəlxalq münasibətlərin qorunması istiqamətində atılan addımdır”.