Suriyanın xarici işlər naziri Feysəl Mikdad Səudiyyə Ərəbistanına səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Suriyanın “Əl-İxbariyyə” dövlət telekanalı məlumat yayıb.
Bu, Suriya XİN rəhbərinin krallığa SAR-da münaqişənin başlanmasından sonra 12 il ərzində ilk səfəri olub.
Suriya XİN rəhbərini krallığa həmkarı şahzadə Feysəl bin Fərhan dəvət edib.
Tərəflər dövlətlər arasında münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran problemlər ətrafında danışıqlar aparmağı planlaşdırırlar.
Son xəbərlər
Son Xəbərlər