Suriyada 10 illik vətəndaş müharibəsinin vurduğu ziyan açıqlandı

suriyada-10-illik-vetendas-muharibesinin-vurdugu-ziyan-aciqlandi
Oxunma sayı: 2438

“Suriyada davam edən və yüz minlərlə insanın həyatını dəyişən vətəndaş müharibəsinin 10 illik zərəri 1,2 trilyon dollardan çoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bu, “World Vision” xeyriyyə qurumu və “Frontier Economics” konsaltinq şirkətinin birgə araşdırması zamanı müəyyənləşib.

“Çox yüksək bir qiymət: Suriyalı uşaqlar üçün münaqişənin maliyyəti” başlıqlı araşdırmada Suriyada 15 mart 2011-ci ildən indiyədək davam edən münaqişələr, bombalı hücumlar və xalqın didərgin salınması nəticəsində yaranan iqtisadi zərər hesablanıb.

Bildirilib ki, vətəndaş müharibəsi bu gün bitsə belə, bunun iqtisadi təsirləri 2035-ci ilə qədər davam edəcək və 1,7 trilyon dollara çatacaq.

O da vurğulanıb ki, vətəndaş müharibəsi uşaqların ömür müddətini 13 faiz azaldıb.

Suriyada son 10 ildə 55 mini uşaq olmaqla, 600 mindən çox insanın öldüyü qeyd olunan araşdırmada 13 milyona yaxın suriyalının evlərini itirdiyi bildirilib.