Suriyada daxili müharibədən qaçıb Türkiyəyə sığınan 5 dil bilən iş adamı indi kağız toplamaqla məşğuldur.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, İbrahim fransız, ingilis, italiya, ispan dillərində təmiz bilən 44 yaşlı Nadir İbrahim Türkiyəyə 2012-ci ildə müharibədən qaçaraq gedib. İki şirkətini Suriyada qoyub əlində külli-miqdarda nəğd pulla Türkiyəyə gedən iş adamı 1 il ərzində ailəsi ilə birgə otellərdə qalıb. Daha sonra fırıldaqçılar iş qurmaq adı ilə onun bütün pullarını əlindən alıblar. Hazırda pullarını geri qaytarmaq üçün mübarizə aparan İbrahim ailəsini dolandırmaq üçün kağız toplamaq məcburiyyətindədir.
Avropaya getmək imkanı olsa da, İbrahim Türkiyədə qalmaq istədiyini, Suriyada qalan pullarının bir qismini də gətirərək İstanbulda iş yeri qurmaq istədiyini deyir.
Son xəbərlər
Son Xəbərlər