Suriyada 5 İran əsgərinin cəsədi tapıldı

suriyada-5-iran-esgerinin-cesedi-tapildi
Oxunma sayı: 837

Suriyada daxili müharibələrdə ölən 5 İran hərbçisinin cəsədi tapılıb.

“Qafqazinfo” xəbər verir ki, İranın İnqilab Qvardiyasının açıqlamasında DNT analizi vasitəsilə ölən əsgərlərin şəxsiyyətinin müəyyən edildiyi bildirilib. Onlar Tehrandan Səid Ənsari və Məysəm Nəzəri, Qəzvindən Həmid Məhəmməd Rzayi, Simnandan Məhəmməd Kanberiyan və Mazandarandan Seyid Cavad Əsədidir. 

Qeyri-rəsmi məlumatlara görə, Suriyadakı qarşıdurmalarda öldürülən İran əsgərlərinin sayı 2400 civarındadır.