Suriyada 550 terrorçu öldürülüb

suriyada-550-terrorcu-oldurulub
Oxunma sayı: 749

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Sülh Çeşməsi Hərəkatı” antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 550 terrorçusu zərərsizləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında  antiterror əməliyyatına başlayıb.