Suriyada 7 mərtəbəli binada partlayış, 28 ölü, 135 yaralı

suriyada-7-mertebeli-binada-partlayis-28-olu-135-yarali
Oxunma sayı: 938

Suriyanın İdlib şəhərində yeddimərtəbəli evdə partlayış olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayışda 28 nəfər ölüb, 135 nəfər isə yaralanıb. 

Partlayışın səbəbi hələlik müəyyənləşdirilməyib. 

Qeyd edək ki, 2011-ci ildən silahlı toqquşmaların yaşandığı Suriyada hazırda 4 deeskalasiya zonası var: biri İdlibdə, ikincisi Homs şəhərindən şimalda, üçüncüsü Şərqi Quta regionunda, dördüncüsü isə Suriya ilə İordaniya sərhədindəki Dera əyalətində.