Suriyada 7 türkiyəli əsgərin şəhid olduğu bazadan - Fotolar

suriyada-7-turkiyeli-esgerin-sehid-oldugu-bazadan
Oxunma sayı: 3186

Sosial şəbəkələrdə fevralın 3-də Suriya hökumət qüvvələrinin “Taftanaz” aviabazası ərazisindəki Türkiyə Silahlı Qüvvələrinin mövqeyinə endirdiyi artilleriya zərbələrinin nəticələrini əks etdirən fotolar yayılıb.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə nəticəsində 7 türkiyəli əsgər şəhid olub, 1 mülki vətəndaş xəsarət alıb.

Zərbələr nəticəsində bir ədəd “M60T” tankı, bir ədəd “M113” zirehli personal daşıyıcısı, bir neçə traktor və içində qida olan bir yük maşını məhv edilib.

Fevralın 10-da Türkiyə Müdafiə Nazirliyi bəyan edib ki, ölkə ordusu İdlibdə yerləşən Suriya hökumət qüvvələrinin obyektlərinə 115 hücum edib. Suriya bölmələri tərəfindən artilleriya atəşi cavab xarakteri daşıyıb. 

Rəsmi Ankara hücumlar zamanı Əsəd ordusunun təxminən 100 əsgər, üç tank, iki artilleriya mövqeyi və bir vertolyot itirdiyini iddia edir.