Suriyada ard-arda üç partlayış - 70 ölü

suriyada-ard-arda-uc-partlayis
Oxunma sayı: 943

Suriyada ard-arda üç güclü partlayış baş verib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Tartus şəhərində qeydə alınıb. Məlumata görə, partlayışlar nəticəsində ölənlər var. Hazırda onların sayı dəqiqləşdirilir. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

***

Tartus şəhərində baş vermiş partlayış nəticəsində ən azı 20 nəfər həlak olub. Bu barədə Suriya İnsan Haqları Təşkilatı məlumat yayıb.

***

Reuters agentliyinin yaydığı məlumata görə, ölənlərin sayı 70-i keçib. 

Aysel Kərimova