Suriyanın paytaxtı Dəməşq şəhərinin ətrafında atəşkəs rejimi bir günlük uzadılıb.
“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat “France Press” agentliyində yer alıb.
Məlumata görə, atəşkəsin bu günün sonuna kimi davam etməsi ilə bağlı razılığa gəlinib.
Xəbər verilir ki, Latakia vilayətində də sakitlik hökm sürür.
Hələbdə isə münaqişə tərəfləri vasitəçilərin köməyi ilə atəşkəsin bərpası üçün danışıqlar aparırlar.
Son xəbərlər
Son Xəbərlər