Suriyada İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı britaniyalı hərbçi həlak olub.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Məlumata əsasən, Britaniya hərbçisi kustar üsulla hazırlanan partlayıcı qurğunun işə düşməsi nəticəsində ölüb. Hadisənin ABŞ komandanlığı altında keçirilən əməliyyat zamanı baş verdiyi vurğulanıb.
Bundan əvvəl partlayış zamanı 4 nəfərin öldüyü, daha 5 hərbçinin yaralandığı bildirilirib. İnsidentin Mənbicdə baş verdiyi qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər