Suriyada atəşkəsi təmin edən ölkələr Rusiya, İran və Türkiyə, eləcə də BMT-nin nümayəndə heyəti döyüşlərin saxlanılması, atəşkəsin bərpa olunması və 4 təhlükəsiz bölgənin təmin edilməsi istiqamətində memorandum imzalayıblar.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, “Astana-4” görüşünün plenar iclasında baş tutan mərasimdə memorandumu Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, Türkiyə XİN rəhbərinin müavini Sedat Onal, İran XİN rəhbərinin sözçüsü Hüseyn Ansari imzalayıb.
İmzalanma mərasimi insidentsiz ötüşməyib. Belə ki, Suriya siahlı müxalifətinin iki nümayəndəsi İrana etiraz olaraq salonu tərk edib.
Son xəbərlər
Son Xəbərlər