Suriyada döyüşən azərbaycanlıların adından - - Məktub

suriyada-doyusen-azerbaycanlilarin-adindan-
Oxunma sayı: 3235


Avropa.info xəbər verir ki, Furkan Azəri  ləqəbli  azərbaycanlı  döyüşçü tərəfindən yayılan müraciət mücahidlərə məxsus saytlarda yayımlanıb. Müraciəti  Suriyada döyüşən azərbaycanlılr barədə Əbu -Bəkr  məscidinin imamı Qamət Süleymanovun dediklərinə cavab olaraq yaydıqlarını deyən müəllif, həm ölkədə yaşayan müsəlmanlara, həm də vicdanlı, ədalətli  şəxslərə müraciət etdiklərini bildirir.

 Həmin müraciəti təqdim edirik:

" Bu məktubu zülm altında inim-inim inləyənmüsəlmanları, İran-Erməni-Rus zalımlarına qarşı vuruşan azərbaycanlı mücahidlərə böhtan atanlara qarşı yayırıq.

Ey müsəlmanlar,hansısa bir yerdə iki heyvana əziyyət verilsə, iki ağac kəsilsə bütün təşkilatlar və dünya ayağav qalxar, vicdanları iztirab duyar. Baxın, Suriyada yüz əlli min insan qətl edildi və bu qətllər davam edir. Bunların 14 mini uşaq, 10 mini qadındır. 250 minə yaxın insan Bəşər Əsədin silahlıları tərəfindən həbs olunub, 80 min insandan xəbər yoxdur. Bütün bunlar dunyanın gözləri önündə olur. Yoxsa Əsəd və ailəsi zalım deyilmi? Suriya xalqı aciz və zəif  vəziyyətdə deyilmi? Qardaşlıq haqları yoxmu? Qardaşlı sadəcə bayramlarda bir-birimizin evinə qonaq gedib, şirniyyat yemək və gülməkdən ibarətdirmi?

Ey müsəlmanlar və sözdə vətənsevərlər!

Bu gün Suriyada  Əsəd  tərəfindən  savaşan ermənilərin 1990-cı illərdə Qarabağda vuruşduqlarını və Xocalı qətliamında ön səflərdə olduqlarını  bilmirsinizmi? Bunların türk düşməni olduqlarını və ermənilərin Bəşər Əsədlə  ta o zamanlardan bağlılıqlarının olduğunu bilmirsinizmi?  Ermənistanın ən yaxın dostlarından olan İranın bu gün Suriyada  qətliam törətdiyini xatırlamağa ehtiyyac varmı? Buyurun o zaman fotolara baxın. Şamda türk bayrağını tapdalayan erməni şərəfsiz.

Dünyadakı  alimlər, müsəlmanlar, şərəfli, qürurlu və azad insanlar bu zülmə səssiz dayanmırlar. Döyüşən azərbaycanlılar da bütün təşkilatlardan müstəqi şəkildə Suriyanın müsəlman xalqını dəstəkləyirik.

Ey müsəlmanlar! Bilin ki, bizim hər zaman Qarabağ üçün qəlbimiz alışıb yanır. Qarabağın qəlbimizdə böyük yeri var. Tarixə baxsanız görəcəksiniz ki, biz Qarabağda döyüşlərdə ön səflərdə olmuşuq.

Lütfən, içimizdəki İran ajanlarının oynuna  girməyin. Güney Azərbaycanın İran tərəfindən necə işğal edildiyini və bü günə qədər etdikləri ədalətsizlikləri unutmayın. Onlara inanmayın, tarix ortadadır, bunlar  İslam ümmətinə  və türk dünyasına  daim bir düşmənlik bəsləmişlər.

Ayrıca biz qəbul edirik ki, müsəlmanların içində İslama zərər verib, hərkəsi ümumən təkfir edən, müsəlmanların qanını halal görən, elimsiz və xəvaric düşüncəsində olanlar da var. Siz də bilirsiniz ki, ən mükəmməl  toplumlarda belə bu cür pis niyyətli insanlar mövcuddur. Amma bu istisnadır. Hər kəsi eyni tərəziyə qoymaq ədalətsizlikdir".