Suriyanın İdlib vilayətinin Nayrab rayonunda “Mi-17” tipli helikopter vurulub.
“Qafqazinfo” xəbər verir ki, helikopterin Prezident Bəşər Əsədin qüvvələrinə məxsus olduğu və müxalif döyüşçülər tərəfindən vurulduğu bildirilir.
Helikopterin vurulma anını hərbi analitik Babək Taqvey öz tvitter mikrobloqunda paylaşıb.
Helikopter yaraqlıların nəzarət etdiyi əraziyə düşüb.
Son xəbərlər
Son Xəbərlər