Suriya Hərbi Hava Qüvvələrinin Homs əyalətinin Şayrat rayonunda yerləşən bazasında güclü partlayış olub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Suriyanın rəsmi SANA agentliyi bildirib.
Qeyd olunub ki, insident partlayıcı materialların daşınması zamanı yol verilən ehtiyatsızlıq üzündən baş verib. Rəsmi agentlik bu sursatın vaxtının keçdiyini və başqa yerə göndərildiyi zaman partladığını qeyd edib. Hadisə nəticəsində hərbi bazada olan bir neçə nəfər həlak olduğu bildirilir.
Lakin Al Arabia telekanalının saytında hüquq müdafiəçilərinə istinadla partlayış nəticəsində ən azı 12 hərbi qulluqçunun öldüyü bildirilir. Rəsmi Dəməşq bu məlumatı təsdiq etməyib
Son xəbərlər
Son Xəbərlər