Suriyada keçiriləcək prezident seçkilərinin vaxtı açıqlandı

suriyada-kecirilecek-prezident-seckilerinin-vaxti-aciqlandi
Oxunma sayı: 1513

Suriyada keçiriləcək növbəti prezident seçkilərinin vaxtı açıqlanıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Xalq Şurasının (Parlament) qərarına əsasən, seçkilər mayın 26-da keçiriləcək.

Prezidentliyə namizədlərin irəli sürülməsi isə aprelin 19-da başlayacaq.

Qeyd edək ki, Suriyada son prezident seçkiləri 2014-cü ildə keçirilib.