Suriyada miqrantları daşıyan qayıq batdı - 70-dən çox ölən var

suriyada-miqrantlari-dasiyan-qayiq-batdi
Oxunma sayı: 845

Suriyanın Tartus şəhəri yaxınlığında miqrantları daşıyan qayığın batması nəticəsində azı 71 nəfər həyatını itirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, axtarış-xilasetmə işləri nəticəsində 20 nəfər xilas edilib.

Onların 12-nin suriyalı, 5-nin livanlı, 3-nün isə fələstinli olduğu bildirilib.

İtkin düşənlərin tapılması istiqamətində işlərin davam etdirildiyi qeyd olunsa da, onların sayı barədə dəqiq məlumat yoxdur.