Suriyada neft anbarları partladıldı

suriyada-neft-anbarlari-partladildi
Oxunma sayı: 988

Terrorçular Suriyanın şimal-qərbindəki neft anbarlarına hücum ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sana” agentliyi xəbər yayıb. Neft və Mineral Ehtiyatlar Nazirliyinin məlumatına görə, “terrorçular və onların havadarları” yenidən neft sektorunu hədəf seçiblər. Hücumlar partlayıcı qurğulardan istifadə olunaraq gerçəkləşdirilib.

Mütəxəssislər dəyən ziyanı hesablayır.