Londonda yerləşən İnsan Haqları üzrə Suriya Şəbəkəsi (SNHR) Suriyada fevralda baş verən toqquşmalarda ölənlərlə bağlı hesabatını açıqlayıb.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, raket zərbələri və atışmalar zamanı 246 mülki şəxs öldürülüb.
Onların 54-ü uşaq, 50-si isə qadındır. Bunlardan başqa, 5 tibb işçisi də qurbanlar arasındadır.
Məlumata görə, 29 nəfərə işgəncə verilərək öldürülüb.
Qeyd edək ki, 2018-ci ildə münaqişə zonasında 7 min mülki şəxsin ölüb.
Son xəbərlər
Son Xəbərlər