Suriyada parlament seçkiləri başladı

suriyada-parlament-seckileri-basladi
Oxunma sayı: 681

Bu gün Suriyada parlament seçkiləri keçirilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, seçki məntəqələri səsvermə üçün yerli vaxtla saat 7:00-dən 19:00-a qədər fəaliyyət göstərəcək. Mərkəzi Seçki Komissiyası isə yüksək fəallıq müşahidə edilərsə səsvermənin 5 saata qədər uzadılacağını açıqlayıb.

Səsvermədə, həmçinin işğal edilmiş ərazilərin sakinləri də iştirak edəcək. Blokadada olan Deyr əz Zor-a isə qutular vertolyotlar vasitəsilə aparılacaq.

MSKk sədri bildirib ki, parlamentdə yer uğrunda 3000-dən çox namizəd mübarizə aparacaq.