Suriyada parlament seçkilərinin tarixi açıqlandı

suriyada-parlament-seckilerinin-tarixi-aciqlandi
Oxunma sayı: 1035

Suriya Prezidenti Bəşər Əsəd üçüncü çağırış parlament seçkilərinin keçirilməsi ilə bağlı fərman imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki,  bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Seçkilər aprel ayının 13-də keçiriləcək.

Xatırladaq ki, sonuncu dəfə 4 il əvvəl keçirilən parlament seçkilərində seçici fəallığı 57,56% olub və 250 yer uğrunda 3500 namizəd mübarizə aparıb.