Suriyanın şimalında yerləşən Haseke vilayətində Rusiya hərbi polisi yoxlamalar aparan zaman naməlum partlayıcı qurğu vasitəsilə zirehli avtomobil partladılıb.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, nəticədə 1 hərbçi ölüb, 3-ü yaralanıb. Yaralılar müalicə müəssisəsinə yerləşdiriliblər və onlara ilkin tibbi yardım göstərilib. Həyatları üçün təhlükə olmadığı bildirilir.
Rusiya Müdafiə Nazirliyi ölən hərbçinin ailəsinə lazım olan bütün dəstək və köməyin göstəriləcəyini bəyan edib.
Son xəbərlər
Son Xəbərlər