Suriyada partlayışda 19 polis yaralandı

suriyada-partlayisda-19-polis-yaralandi
Oxunma sayı: 1706

Suriyanın Deraa əyalətində bu gün baş verən partlayış nəticəsində 19 polis əməkdaşı yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Şam FM” radiostansiyası məlumat yayıb.

Qeyd olunur ki, silahlılar tərəfindən yerləşdirilmiş partlayıcı qurğu magistral yolun yaxınlığında işə salınıb.

Xəsarət alan hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşının vəziyyəti ağırdır, onlar təcili xəstəxanaya yerləşdirilib.