Suriyada Rusiya səfirliyi yaxınlığında partlayış olub

suriyada-rusiya-sefirliyi-yaxinliginda-partlayis-olub
Oxunma sayı: 766

Suriyanın paytaxtı Dəməşqdə partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Suriyanın “SANA” dövlət agentliyi məlumat yayıb. Hadisə Rusiya səfirliyinin yerləşdiyi Adavi rayonunda qeydə alınıb.

KİV-lər baş verənləri terror aktı adlandırıblar. Dövlət agentliyi hadisənin maşına yerləşdirilən əldəqayırma qurğunun partlaması nəticəsində baş verdiyini yazır. 

İlkin məlumata görə, ölən yoxdur.