Suriyanın Hələb şəhərində kürd YPG və müxalif Azad Suriya Ordusu (ASO) arasında şiddətli atışma baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, YPG-nin Deyr əz-Zor qəsəbəsin hücum etməsinə Azad Suriya Ordusu sərt cavab verib.
Çıxan şiddətli atışma nəticəsində kürdlərdən 25 nəfər ölüb. ASO tərəfində isə 17 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Qeyd edək ki, Suriyada bir neçə cəbhə arasında torpaqlar uğrunda mübarizə davam edir.
Fərid Ədalət
Son xəbərlər
Son Xəbərlər