Suriyada silahlı münaqişə böyüyür

suriyada-silahli-munaqise-boyuyur
Oxunma sayı: 629

“Qafqazinfo”nun “Euronews”a istinadən xəbərinə görə, ölkənin cənubundakı Dəra şəhərində ordudan ayrılan əsgərlər təhlükəsizlik qüvvələrini pusquya salıblar. Baş verən atışmada 4 Suriya əsgərinin öldüyü xəbər verilir.

Ölkənin müxtəlif yerlərində hakimiyyətə qarşı mitinqlər bütün təzyqilərə baxmayaraq, təşkil olunmaqda davam edir. 9 aydır müxalifətin mərkəzi halına gələn Homsda əhali yenidən küçələrə çıxıb.

Digər tərəfdən, Ərəb Liqası müşahidəçilərnin təhlükəsizlik qüvvələrinin müşayiəti ilə fəaliyyəti davam edir. Müşahidəçilərin gərgin atışmaların getdiyi Dəra, Hama və İdlib şəhərlərinə keçmələri gözlənilir.

Bəşər Əsəd hakimiyyətinə qarşı silahlı mübarizədə iştirak etməyən həbsdə saxlanılan 755 nümayişçi sərbəst buraxılıb. Bu hərəkət Ərəb Liqasının sülh planının tərkib hissəsi olsa da, müşahidəçilər hələ rəsmi Dəməşqin geri çəkiləcəyinə inanmırlar.