Suriyada son üç ildə 191 min insan öldürülüb

suriyada-son-uc-ilde-191-min-insan-oldurulub
Oxunma sayı: 708


Bu gün BMT-nin insan haqları agentliyi tərəfindən açıqlanan rəqəm BMT-nin bir il əvvəlki açıqlamasından iki dəfə çoxdur.

“Qafqazinfo” "Amerikanın səsi"nə istinadən məlumatına görə, BMT insan haqları agentiliyinin rəhbəri Navi Pillay etiraf edib ki,  2011-ci ilin mart ayından bu ilin aprelinədək əldə edilən sonuncu rəqəmlər ölənlərin əsl sayından aşağıdır.

Pillay deyib ki, ölkələr Suriyaya silah göndərməsini dayandırmalıdır. Onun fikrincə, bu addım genişmiqyaslı insan təlafatını daha da artırır.  

Yanvar ayında BMT əraziyə kifayət qədər çıxışı olmadığından münaqişədə ölənlərin sayını hesablamağı dayandıracağını bildirmişdi. BMT-nin ölüm hallarının sayılmasına yenidən başlanmasının səbəbləri məlum deyil.

Suriya münaqişəsi 2011-ci ilin martında prezident Bəşar Əl-Əsəd hökuməti əleyhinə dinc aksiyalarla başlamış, lakin sonradan vətəndaş müharibəsinə çevrilib