“Suriyada sülh üçün Əsədin getməsi şərt deyil” - Tramp

suriyada-sulh-ucun-esedin-getmesi-sert-deyil
Oxunma sayı: 636

ABŞ Suriyada sülh üçün prezident Bəşər Əsədin hakimiyyətindən getməsini mütləq şərt kimi tələb etməyəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ evin başçısı Donald Tramp “The Wall Street Journal”a müsahibəsində deyib.

“Biz bunda israr edirik? Yox. Lakin mən düşünürəm ki, bu, müəyyən mərhələdə baş verəcək”,-deyə Tramp Suriya prezidentinin hakimiyyətdən uzaqlaşdırılması nəzərdə tutaraq söyləyib.

O, Əsədin hakimiyyəti altında Suriyada sülhün bərqərar olması barəsində də fikirlərini bildirib.

“Mən hesab edirəm ki, bunu təsəvvür etmək çətindir. Amma mən “mümkün deyil” sözü istifadə etmək istəməzdim”,-deyə ABŞ prezidenti vurğulayıb.