Suriyada tarixi iclas - 37 müxalif komandir birləşdi

suriyada-tarixi-iclas
Oxunma sayı: 1188

Suriya keçid hökuməti, Suriya Müxalif və İnqilabçı Qüvvələrinin Milli Koalisiyası və Azad Suriya Ordusuna bağlı müxalif 37 qruplaşmanın komandirləri arasında Kilis rayonunda görüş keçirilib.

“Qafqazinfo” Anadolu agentliyində istinadən xəbər verir ki, iclasda komandirlər arasında “Fərat qalxanı” əməliyyatından sonra İŞİD-dən təmizlənən bölgədə qüvvələri birləşdirmək və birlikdə yaşamaq qərarı alınıb.

Üçtərəfli görüşdə fitnəkarlara qarşı birlikdə mübarizə aparılacağı elan edilib.

Bundan başqa, “Fərat qalxanı” bölgəsində giriş-çıxışlara nəzarətin vahid mərkəzdə birləşdirilməsi və idarəetmənin keçid hökumətinə verilməsi razılaşdırılıb. Əldə ediləcək gəlir isə bərabər şəkildə paylanılacaq.