“Suriyada təhlükəsizliyi Türkiyə təmin etməlidir”

suriyada-tehlukesizliyi-turkiye-temin-etmelidir
Oxunma sayı: 952

ABŞ prezidenti Donald Trampın İŞİD-ə qarşı Qlobal Koalisiyanın xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyədə səfərdədir.

“Qafqazinfo” “NTV Türkiyə”yə istinadən xəbər verir ki, o, Türkiyəni milli müdafiə naziri Hulusi Akarla görüşündə Suriyadakı son vəziyyətdən danışıb.

H.Akar Fəratın şərqində PKK/YPG terrorçularının olmamasını, bölgəsinin təhlükəsizliyinin Türkiyə tərəfindən təmin edilməli olduğunu bildirib.

Nazir qeyd edib ki, Türkiyə sərhədlərinin və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün İŞİD və PKK/YPG terrorçularına qarşı mübarizə aparır:

“Bizim kürd-ərəb və digər etnik qruplarla heç bir problemimiz yoxdur. Əsas düşüncəmiz ölkəmizin mənfəətləri naminə birlikdə çalışaraq problemləri həll etməkdir”.