Suriyada terrorçular 9 polisi öldürdülər

suriyada-terrorcular-9-polisi-oldurduler
Oxunma sayı: 1136

Suriyanın İordaniya ilə sərhədində yerləşən Mzeyrib rayonunda polis bölməsinə terror hücumu olub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, azı 9 nəfər polis əməkdaşı öldürülüb. Bu barədə Suriya Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, Mzeyrib Deraa əyalətindən qərbdə yerləşir. “Cebhat ən-Nüsra” ekstremist qruplaşması buranı 2018-ci ildə tərk etsə də, onun bəzi üzvləri İdlib əyalətinə köç etmişdi. Ötən il də Mzeyribdə döyüşçülər bir neçə silahlı hücum təşkil etmişdilər.