Suriyada Türkiyənin zirehli maşın karvanına hücum edildi

suriyada-turkiyenin-zirehli-masin-karvanina-hucum-edildi
Oxunma sayı: 1735

Suriyada Türkiyə Silahlı Qüvvələrinin zirehli maşın karvanına hücum edilib.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, hadisə İdlib şəhərinin cənubunda baş verib.

Məlumata əsasən, hücum nəticəsində ölən və yaralanan olmayıb. Bununla belə, zirehli texnika zərər görüb. 

Bildirilir ki, hücum bölgədəki radikal ünsürlər tərəfindən əldəqayırma partlayıcı qurğular vasitəsilə həyata keçirilib.